SOCAR Almaniyanın nəhəng neft-qaz şirkətini alıb (MÜSAHİBƏ)

SOCAR Almaniyanın nəhəng neft-qaz şirkətini alıb (MÜSAHİBƏ)
Türkiyə və Azərbaycan iqtisadiyyatındakı son durum və digər mövzular ətrafında SOCAR prezidentinin maliyyə bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlunun EkoNews-a müsahibəsi:
 
- Əli bəy, həm iqtisadi ekspert kimi, həm də SOCAR-ın daxilində olan biri kimi şirkətin hazırki maliyyə durumunu necə qiymətləndirirsiniz?
- SOCAR-ın ümumi maliyyə durumunu qiymətləndirəcək qədər bilgi sahibi deyiləm. Lakin Türkiyədəki  maliyyə təmsilçisi olaraq bu ölkədəki durmunu şərh edə bilərəm.  Oradakı yatırımlarımızı TANAP başda olmaqla tamamlamışıq. Artıq sərmayə qoymaq mərhələsindən pul qazanmaq mərhələsinə keçmişik. Birjalardakı mövqelərimiz də möhkəmlənir.

- İndiki zamana qədər gəlir əldə edilmirdi?
- PETKİM-dən gəlir əldə edirdik.  Lakin qazandıqlarımızı yeni yatırımlara yönəldirdik. İstər "STAR” neft emalı zavodu olsun, istərsə də SOCAR Türkiyənin digər layihələri böyük böyük yatırımlar hesabına başa gəlib. Son olaraq daha bir yatırımımız var. Almaniyanın  "EWE AG” şirkətin törəməsi "EWE Turkey” təbii qaz paylayıcı şirkətini satın alma müqaviləsi bağladıq. Bilirsiniz ki, bu şirkət Kayseri və Bursada təbii qazın paylanılmasını həyata keçirir.

- Aldınız, yoxsa danışıqlar gedir?
- Satınalma artıq başa çatıb, danışıqlar yekunlaşıb. May ayında bu alqı-satqının tamamlanacaq.

- Bu şirkətin SOCAR üçün hansı önəmi var?
- Ən böyük önəmi odur ki, Azərbaycan qazını TANAP üzərindən istehlakçılara birbaşa satmağa  kömək edəcək.  Dolayısı ilə SOCAR-ın Azərbaycan və Türkiyədəki yatırımlarına böyük dəsətək olacaq. 

- SOCAR-ın Türkiyədəki yatırımları bu ölkənin iqtisadiyyatına nə kimi kömək edir?
- Burada iki əsas məqam var. Birinci odur ki, SOCAR Türkiyənin son 10 ildəki ən böyük xarici yatırımcısıdır. Bu isə o deməkdir ki, istər vergi ödəmələri, istərsə də xarici ticarət dövriyyəsində artıma qatqımız var.  Digər məqam isə yeni iş yerlərinin açılmasıdır. Məsələn,  "Star” neft emalı zavodunda mindən çox insan çalışır. 

- Türkiyənin enerji təhlükəsizliyində də bir rolu varmı?
- Təbii, bu layihələr Türkiyənin enerji təhlükəsizliyində böyük rol oynayır. Enerjini ikiyə ayıraq – elektrik enerjisi, təbii qaz və neft.  Türkiyə neft və qaz baxımından xaricə bağlı ölkədir. Lakin bu layihələr sayəsində məhsul tədarükümüzü artırmaq imkanı var. Elektrik tərəfinə baxdığımızda isə TANAP önəmlidir. Oradan gələn təbii qazla elektrik enerjisi istehsal etmək imkanımız var. 

- SOCAR-ın digər önəmli layihəsi "Socar Capital”dır. Bu şirkət haqda nə düşünürsünüz?
- Çox gənc bir şirkətdir. Bilirsiniz ki, bu şirkət 2016-cı ildə qurulub. Buna baxmayaraq önəmli işlər görüb. Şirkətin ən önəmli layihələrindən biri SOCAR istiqrazlarıdır. Azərbaycanın maliyyə bazarlarına önəmli qatqısı var. Bu istiqrazlar buraxılana qədər səhm bazarında hansısa istiqrazı, səhm almaq üçün 2-3 gün vaxtınız gedirdi. İndi isə buna cəmi 20 dəqiqə vaxtınız gedə bilər. SOCAR istiqrazları dövriyyəyə buraxılanda bütün investisiya şirkətlərini bir araya gətirdik. Çünki uğurlu yerləşdirmə üçün şirkətlər arasında əməkdaşlıq olmalıdır.

SOCAR İstiqrazları birjada əhəmiyyətli dərəcə özünə yer edib, qiymətləri yüksəkdir. Təkcə təkrar bazar əməliyyatlarında deyil, repo əməliyyatlarında da önəmlidir. Məslən, indi aldığınız istiqrazı "Rabitə Bank”a təminat kimi göstərərə kredit ala bilərsiniz

SOCAR İstiqrazlarının buraxılmasında əsas məqsəd əhalinin indiyədək istifadə etmədiyi vəsaitlərini iqtisadiyyata cəlb etmək və onlara qazanc gətirməkdir. Məhz bu səbəbdən, SOCAR İstiqrazları indiyədək olmayan güzəştli və zəmanətli şərtlərlə buraxılıb. Əhali bu investisiya alətinin üstünlüyünü dərhal hiss edib və hazırda SOCAR İstiqrazları ölkədə ən çox alınıb-satılan qiymətli kağızdır. 

SOCAR İstiqrazlarının buraxılmasından əldə edilən vəsaitlər şirkətin maliyyələşmə imkanlarının şaxələndirilməsi, xaricə faiz ödənişlərinin azaldılması və faizlərin xaricə deyil, ölkə daxilinə, ölkə vətəndaşlarına ödənilməsi üçün istifadə edilib. SOCAR İstiqrazları üzrə investorlara təklif olunan şərtlər nəinki Azərbaycanda, hətta bütün regionda ən əlverişli şərtlər sayıla bilər. 

- Bu istiqrazları hər kəs ala bilərmi?
- Əlbəttdə, hər kəs ala bilər. 

- Xarici vətəndaşlar ala bilərmi?
- SOCAR  İstiqrazları buraxılan zaman biz sadəcə Azərbaycan vətəndaşlarını və buradakı xarici vətəndaşları  nəzərdə tutmuşduq. Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası və digər maliyyə qurumları ilə ortaq razılaşmamız var. Nəzərinizə çatdırım ki, xaricdə yaşayan Azərbaycan vətəndaşlarından tələb var idi və aldılar. Azərbaycanda yaşayış və işləmək icazəsi olan xarici vətəndaşlardan da tələb var idi, onlara da satdıq. 

- Ümumlikdə Azərbaycan iqtisadiyyatını necə qiymətləndirirsiniz?
- Sadəcə neftə bağlı iqtisadiyyatı genişləndirmək lazımdır. Bununla bağlı hökumət tərəfindən çox pozitiv addımlar atılır. Özəlliklə vergi və gömrük sahəsindəki islahatları qeyd etmək vacibdir. Amma iki devalivasiyanın təsirləri, dollara olan təlabatın hələ də yüksək olması bir qədər zaman alacağını göstərir. 

- Dolların yüksəlişi, manatın dəyər itirməsi gözlənilirmi?
- Xeyir, hazırda belə bir risq yoxdur. Neftin qiyməti nə zaman rekord həddə ucuzlaşarsa belə maliyyə təhlükəsi yarana bilər. 

- Neft hansı qiymətə qədər ucuzlaşarsa?
- 30 dollardan daha ucuz. Amma neftin də hazırki durumda bu həddə qədər ucuzlaşacağı gözlənilmir. Bir dəfə belə hal olub, İranla nüvə sazişi imzalanan zaman. İranın əlinəki neft ehtiyatlarını sürətli şəkildə satacağı proqnozu neftin qiymətini 30 dollara qədər endirmişdi. 

www.ann.az

Xəbər lenti