SOCAR-a qarşı hücum pisləndi: "Təxribatçılar məsuliyyətə cəlb olunmalıdır" (VİDEO)

SOCAR-a qarşı hücum pisləndi:
"Özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərini pisləyirik".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli deyib.

O vurğulayıb ki, narazılıq varsa, bu qanuni yolla həll edilməlidir: "Əlillik və ya hər hansı digər sosial vəziyyət qanun pozuntusu zamanı üstünlük gətirmir. Hansısa addan və nədənsə istifadə edib kiməsə xəsarət yetirmək düzgün deyil. Zor tətbiq etmə, yaxud kimisə təhqir etmək yolverilməzdir. Əlilliyin əldə bayraq tutulub bu kimi hərəkətlər edilməsi yaxşı hal deyil. Hər bir problemin həlli üçün qanuni yolları bilmək lazımdır”.

Qarabağ qazisi, Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini, "Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov da baş verənləri qınayıb:

"Əlillər və Dövlət görəvliləri arasında baş verən insidentdən istifadə edərək ölkədə qarışıqlıq salmaq istəyənlər var. Belə ki, bəzi "qazi”lər öz mənfətləri üçün bu məsələdən yararlanmağa çalışaraq Dövlət görəvlilərinə qarşı nifrət yaradırlar. Həmin "qazi”lərin müraciətləri xaricdə yaşayan söyüş müxalifətinin bütün resursları tərəfindən yayılaraq Azərbaycan dövlətinə qarşı istifadə olunur. Əminəm ki, bu məsələnin araşdırılması zamanı Azərbaycan Respublikasının güc strukturları dedyim halları ciddi şəkildə araşdıraraq, təxribatçıların məsuliyyətə cəlb olunmasını təmin edəcəklər".


www.ann.az

Xəbər lenti