Snouden ABŞ kəşfiyyatını ifşa etməkdə davam edir

Snouden ABŞ kəşfiyyatını ifşa etməkdə davam edir

ABŞ Kəşfiyyatının sabiq əməkdaşı Edvard Snouden KİV-lərə 200 minədək məxfi sənəd ötürub. 

ANS PRESS Rusiya mətbuatına istinadla xəbər verir kik, ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri general Kit Aleksander Snouden-inn jurnalistlərə ötürdüyü sənədlərdən danışıb: 

"Snouden jurnalistlərə 50 mindən 200 minə kimi sənəd ötürüb. O materiallar hələ də çap edilir". "Washington Post" qəzeti bundan əvvəl Snoudenin ixtiyarında 30 minədək sənədin olduğunu xəbər verirdi.Yayılan məlumatlara görə Snoudenin əldə etdiyi məxfi materialların 58 mindən çoxu ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq edən Böyük Britaniyanın Hökumət Rabitəsi Mərkəzinə məxsusdur. 

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti