Sneyder "Qalatasaray"a 4,5 milyon avro qazandırdı

Sneyder "Qalatasaray"a 4,5 milyon avro qazandırdı

Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"u məğlub edən "Qalatasaray" klubu 1/8 finala çıxmaqla yanaşı, büdcəsini də zənginləşdirib. 

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi Uesli Sneyderin vurduğu qolla 4.5 milyon avro qazanıb. 

UEFA bu məbləğin 3.5 milyon avrosunu klubun növbəti mərhələyə çıxması, 1 milyonunu isə qələbəyə görə verib.

Qeyd edək ki, "Cim Bom"un prezidenti Ünal Aysal da komandanı qələbə qazandığı üçün 1 milyon avro ilə mükafatlandırıb.

Qol.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti