irməmməd Hüseynov İkinci Fəxri xiyabanda torpağa tapşırıldı (YENİLƏNİB/FOTO)

irməmməd Hüseynov İkinci Fəxri xiyabanda torpağa tapşırıldı (YENİLƏNİB/FOTO)
Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov dəfn olunub.

Ann.az "Report"a istinadən xəbər verir ki, mərhumun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Təhsil naziri Ceyhun Bayramov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun rektoru Elçin Babayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

13.20

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilib.

Ann.az "Report"a istinadən xəbər verir ki, vida mərasimi ilə bağlı universitetin əsas binasının dəhlizlərindən qara və yaşıl parçalar asılıb.

Vida mərasiminin keçirildiyi akt zalına Təhsil Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və BDU-nun kollektivi adından əklillər və gül çələngi düzülüb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin köməkçiləri Fuad Ələsgərov və Əli Həsənov, Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Ombudsman Elmira Süleymanova, Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, BDU-nun sabiq rektoru Abel Məhərrəmov, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

Mərhumun cənazəsi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılır.
 




























Xəbər lenti