Şimal vaqon deposunda tikinti işləri davam etdirilir (FOTOLAR)

Şimal vaqon deposunda tikinti işləri davam etdirilir (FOTOLAR)
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Bakının Biləcəri qəsəbəsində yerləşən Şimal vaqon deposuna baxış keçirib, burada aparılan tikinti işlərinin gedişatı ilə tanış olub. 

Ann.az xəbər verir ki, depoda vaqonyığma, avtoqoşqu və avtotormoz hissələrinin təmiri, təkər cütü və digər sexlər fəaliyyət göstərir. Vaqonun hərəkət intensivliyindən asılı olaraq təkər cütlərinin diyirlənmə səthi yeyilir və 7-10 ildən bir onların yenidən tərtib olunmasına ehtiyac yaranır. Yeni inşa edilən vaqon təkər emalatxanası da həmin ehtiyacın ödənilməsinə xidmət edəcək. Burada "Azərbaycan Dəmir Yolları”nın inventar və özəl park vaqonlarının təkər cütləri tərtib olunacaq. Emalatxananın inşasında Bakı vaqon təmiri zavodundan demontaj olunmuş qurğu və avadanlıqlardan istifadə edilib. Obyektin eni 28 metr, uzunluğu 44 metr, ümumi sahəsi 1250 m2 təşkil edir. Hər ay burada 500 vaqon təkər cütü tərtib etmək mümkün olacaq. Emalatxanada təkər cütlərinin demontajı, yuyulması və digər işlər də yerinə yetirilir.

Xatırladaq ki, Biləcəri dəmir yolu stansiyasında çən vaqonlarının təmiri üçün xüsusiləşdirilmiş vaqon deposu 1934-cü ildə istifadəyə verilib. Ötən əsrin əvvəllərində Bakı ətrafında neft mədənlərindən hasilatın artması ilə əlaqədar depoda daşınma və yük vaqonlarının təmiri təşkil edilirdi.
 









 

Tərəfdaşların xəbərləri

Xəbər lenti