Sim kartların satış qaydalarında mühüm DƏYİŞİKLİK

Sim kartların satış qaydalarında mühüm DƏYİŞİKLİK
Nazirlər Kabinetinin qərarı ilə telefon nömrələrinin (Sim kartların) satış qaydalarında dəyişikliklər edilib: mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi avtomatlaşdırılaraq "Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək. Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, mobil operatorlar üzrə abunəçi bazaları fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdıqdan sonra portal üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq, "E-hökumət” portalı üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq.

Yenilik portal vasitəsilə vətəndaşlara istənilən dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və sair) göndərmək imkanı yaradacaq. "E-hökumət” portalı üzərindən formalaşan "Şəxsi kabinetlər”də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti