Şiddətli döyüşlər gedir, uğurlar var (RƏSMİ)

Şiddətli döyüşlər gedir, uğurlar var (RƏSMİ)
Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Ann.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin az öncə yaydığı rəsmi açıqlamada deyilir.

Məlumatda bildirilir ki, raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər: "Bütün cəbhə boyu şiddətli döyüşlər gedir".

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti