Seymur Orucov Böyük Kəsik kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirdi

Seymur Orucov Böyük Kəsik kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirdi
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun Gürcüstan respublikası ilə həmsərhəd yaşayış məntəqələrindən olan Böyük Kəsik kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
 
Qəbuldan əvvəl Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin adını daşıyan Böyük Kəsik kənd tam orta məktəbində Qəhrəmanın büstü önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla anılıb.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatının şöbə müdirləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak ediblər.

RİH başçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbəmizdən sonra ölkəmizin regionda vahid lider ölkəyə çevrilməsindən, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq, bərpa və yenidənqurma işlərindən, orada təşkil olunan beynəlxalq tədbirlərdən geniş söz açıb.

Müraciət və təklif irəli sürən vətəndaşlar fərdi qaydada dinlənilib. Qaldırılan hər bir məsələnin həlli istiqamətində müvafiq müzakirələr aparılaraq nəzarətə götürülüb.
 








www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti