Seymur Baycan: "Qorxurdum ki, camaat bunu lətifə kimi qəbul edər"

Seymur Baycan: "Qorxurdum ki, camaat bunu lətifə kimi qəbul edər"
Xəbər verildiyi kimi, bu yaxınlarda yazıçı Seymur Baycanın "Ana ürəyi" adlı yeni kitabı çap olunub və bir neçə dəfə imza mərasimi keçirilib.Kitabın satış vəziyyəti, cəmiyyətin kitaba olan reaksiyasını öyrənmək üçün yazıçının özü ilə əlaqə saxladıq. S.Baycan Qaynar.info-ya açıqlamasında bildirdi ki, kitaba gözləniləndən çox maraq var: "Düzü mən qorxurdum ki, insanlar bu kitabı daha çox lətifə kimi qəbul edər, oxuyub gülərlər. Ancaq sağ olsun yazar Qismət, qabağa düşüb kitab haqqında ilk yazını yazdı, insanları yönləndirdi".Yazıçı bildirdi ki, əvvəlki kitabı "Quqark"la müqayisə aparılsa insanların marağı çox yüksəkdir: "Quqark"da bir neçə mövzu var idi. Məhəbbət süjeti, yaradıcı şəxsin üçüncü ölkədəki həyatı, Qarabağ problemi... Kitab həmçinin rus dilinə tərcümə olundu, kitab haqqında çoxlu yazılar yazıldı. Bu səbəbdən də "Quqark" böyük ajiotaj yaratdı. Amma "Ana ürəyi"nə olan maraq da yüksəkdir. Əvvəl çox düşündüm ki, insanların bu qədər marağının səbəbi nədir?! Belə qərara gəldim ki, cəmiyyət "ana-bacı" mövzusunda çox həssasdır. Yəqin elə buna görədir ki, maraq çoxdur". ANN.Az

Xəbər lenti