Şəxsiyyət pozğunluğu yaşayan qadın öz-özünü kor etdi - ŞOK+FOTOLAR

Şəxsiyyət pozğunluğu yaşayan qadın öz-özünü kor etdi - ŞOK+FOTOLAR
Orqanizm tamlığı ilə əlaqədar şəxsiyyət pozğunluğu xəstəliyinə düçar olan ABŞ vətəndaşı Jewel Shuping gözlərinə kimyəvi maddə tökərək öz-özünü kor edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu günlərdə ABŞ-da baş verən hadisə hər kəsi dəhşətə gətirib. Orqanizm tamlığı ilə əlaqədar şəxsiyyət pozğunluğu yaşayan xəstələr hansısa bədən üzvünün onlara aid olmadığını, tez bir zamanda ondan qurtulmağı düşünür.


Hazırda 30 yaşlı Jewel Shuping uşaqlığından bəri kor olmaq xəyalı qurub. Hətta 18 yaşında qara günəş eynəyi və əsa ilə gəzməyi sevərmiş.


Amma o, yaşı artdıqca bu adətindən əl çəkmək istəmir, tez bir zamanda gözlərindən qurtulmaq istəyir. Onun verəcəyi qərarı hər kəsi dəhşətə saldığı bir zamanda Jewel Shuping-i xoşbəxt edəcək.

 

"3-4 yaşlarımda olarkən gecələr anam məni salonda gözlərimiz qapayaraq yeriyərkən tapardı. 6 yaşıma çatanda isə kor olarsam, dünyanın çox xoşbəxti olacağım hissi məni tərk etmirdi" - deyən Jewel Shuping uşaqlıq xatirələrini danışır. Anası ona deyərmiş ki, günəş şüalarına çox baxarsansa, kor olarsan. Bunu eşidən Jewel Shuping imkan düşən kimi günəş şüalarına daha uzun müddətli baxardı ki, bəlkə kor oldu.


21 yaşına qədər bu fikri başından çıxara bilməyən Jewel Shuping mütəxəssis yardımına müraciət etmək qərarına gəlir.

Nəhayət o, xəyallarını gerçəkləşdirəcəyi psixoloq tapır. 2006-ci ildən başlayaraq həmin mütəxəssisin qəbulunda olmağa başlayır. Uzun müddətlik müalicədən sonra Jewel Shuping qərarını verir.


"Dərmanı gözlərimə damcıladarkən maye yanağımdan sızılırdı. Dərman sifətimi çox yandırırdı. Amma mən bütün acılara dözürdüm, çünki bunun belə olacağını bilirdim. Sevinirdim ki, yaxında kor olacaq və həyatım öz yoluna düşəcək".


Tez bir zamanda xəstəxanaya çatdırılan Jewel Shuping "həkimlər fikrimə qarşı çıxaraq görmə qabiliyyətimin bərpa olmasına çalışırdılar, amma gözlərim artıq çoxdan sıradan çıxmışdı" - deyib.

Kolumbiya Universitetinin klinik psixiatrı doktor Michael First bu tip xəstəliklərin müalicəsinin olmadığını deyib.


Ailəsi bu hadisədən sonra Jewel Shupingdən imtina edib. Amma o, bunu özünə dərd etməyib və "ümid edirəm ki, dünyada mənim kimi xəstə olanlar bu yola əl atmazlar və bu xəstəliyin dərmanı tapılar".

Nuray


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti