Səsvermə nəticələri etibarsız hesab edilmiş seçki məntəqələri - Siyahı

 Səsvermə nəticələri etibarsız hesab edilmiş seçki məntəqələri - Siyahı
 Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin tam siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən 12, 15 saylı Yasamal birinci seçki dairəsindən 8, 29, 35 saylı Xətai üçüncü seçki dairəsindən 5, 10, 11, 18, 21, 26, 53 saylı Quba-Qusar seçki dairəsindən 16, 63 saylı Sabirabad birinci seçki dairəsindən 13, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən 9, 79 saylı İmişli seçki dairəsindən 38, 82 saylı Ağcabədi seçki dairəsindən 12, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən 32, 85 saylı Şamaxı seçki dairəsindən 45, 121 saylı Laçın seçki dairəsindən 32, 77 saylı məntəqələrin nəticələri ləğv olunub.

90 saylı Ağdaş seçki dairəsinin nəticələrinin hamısı ləğv olunub. Bu dairədə 40 seçki məntəqəsinin nəticələri etibarsız hesab edilib.

Ümumilikdə, 125 seçki dairəsi üzrə 58 məntəqənin nəticəsi ləğv edilib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti