"Şərq Tərəfdaşlığı"nın zirvə görüşü videokonfrans şəklində keçiriləcək

Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrel bu gün "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinə məktub göndərib.

Ann.az xəbər verir ki, məktubda Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının üzvü olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə uzunmüddətli əməkdaşlıq planlarından söhbət açılır.

Belə ki, 2020-ci ildən sonrakı siyasətdə iqtisadiyyat və rabitə, təsisatların hesabat vermələri, qanunun aliliyi və təhlükəsizlik, "yaşıl” və rəqəmli islahatlar, ədalətli inklüziv toplum kimi beş uzunmüddətli hədəfin qarşıya qoyulduğu qeyd edilərək həmçinin COVID-19 pandemiyasına qarşı mübarizə üçün səhiyyə əməkdaşlığını artırmaq təklifinin də vaxtında verildiyi qeyd edilir.

Bununla yanaşı, hazırkı koronavirus pandemiyası ilə əlaqədar "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində iyun ayının 11-də xarici işlər nazirləri, 18-də isə ölkə başçıları səvyyəsindəki görüşlərin videokonfrans şəklində keçiriləcəyi bildirilir.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti