Serj Sarkisyanın cinayət işinin ibtidai istintaqı başa çatıb

Serj Sarkisyanın cinayət işinin ibtidai istintaqı başa çatıb
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın cinayət işinin ibtidai istintaqı başa çatıb.

APA-nın "armenpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqanjanyan bildirib.

Onun sözlərinə görə, cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək. İttiham tərəfinə və onların vəkillərinə bu barədə məlumat verilib.

İş üzrə daha 4 nəfər ittiham olunur. Onlardan biri "Fleş" neft şirkətinin rəhbəri, iş adamı Barseq Beqlaryandır.

Qeyd edək ki, Ermənistanın 3-cü prezidenti olan S. Sarkisyan 2008-ci ildən 2018-ci ilə kimi ölkəyə rəhbərlik edib. S. Sarkisyana qarşı Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb. S. Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup məmurdan 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun ölkədən çıxışına qadağa qoyulub.

www.ann.az

Xəbər lenti