Sergey Lavrov: "Paşinyanın Qarabağla bağlı fikirləri münaqişənin nizamlanmasına maneə törədir"

Sergey Lavrov:
"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir".

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ann.az-a verilən məlumata görə, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşdə deyib.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir: "Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti