Şengen ölkələri - Siyahı

Şengen ölkələri - Siyahı

Şengen sazişi barədə razılaşma Lüksemburqun Fransa, Almaniya və Lüksemburq ilə sərhəddə yerləşən Şengen şəhərində imzalanmışdır.

banker.az saytı xəbər verir ki, o zamandan bu günə az vaxt keçməyib və 2007-ci ilin sonunda Şengen sazişi 30 dövlət tərəfindən imzalanmışdı. Lakin faktiki olaraq sərhəd nəzarətinin ləğv edilməsi 25 ölkədə fəaliyyət göstərir. Bu ölkələrə Avstriya, Macarıstan, Almaniya, İspaniya, İslandiya, İtaliya, Latviya, Lüksemburq, Malta, Yunanıstan, Hollandiya, Belçika, Danimarka, Norveç, İsveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Fransa, Finlandiya, Çexiya, İsveçrə, Litva və Estoniya daxildir. Bütün bu ölkələr Şengen zonasını əmələ gətirir.

Müqaviləyə imza atmış, lakin hələ ki sərhəd nəzarətini ləğv etməmiş digər 5 öldə Şengen zonasına daxil deyildir.

İsveçrə, Norveç və İslandiya istisna olmaqla Şengen zonasına daxil olan bütün ölkələr Avropa İttifaqının tərkibinə daxildirlər.

Şengen sazişini imzalamış, Avropa İttifaqına daxil olan 5 ölkə İngiltərə və İrlandiyanın pasport idarəsini bütünlüklə ləğv etməməsi səbəbindən Şengen zonasının sərhədlərindən kənarda qalıb. Bolqarıstan, Ruminya və Kipr isə bunu hələ gələcəkdə ləğv etməyi planlaşdırırlar. 

5.06.2005-ci il referendumu ilə İsveçrə vətəndaşları Şengen zonasına daxil olmağa səs vermişlər.

15.03.2006-cı ildə sərhədlərlə bağlı yeni sənəd – Şengen kodeksi qəbul edildi və Şengen konvensiyası dəyişdirildi. 

2007-ci ilin 21 dekabrında 9 ölkədə (Slovakiya, Sloveniya, Polşa, Macarıstan, Çexiya, Malta, Latviya, Estoniya və Litva) Şengen zonasına daxil oldu və sərhəd nəzarətini ləğv etdi. Hava məkanında isə bu 30.03.2008-ci ildə ləğv edildiş

Aeroportlarda isə sərhəd nəzarəti 29 mart 2009-cu ildə ləğv edildi.

Şengen sazişini imzalamış ölkələr

Avstriya

Belçika

Macarıstan

Almaniya (Byuzingen-to-Upper-Reyn istisna olmaqla)

Yunanıstan (Athos istina olmaqla)

Danimarka

İslandiya

İspaniya

İtaliya

Latviya

Litva

Lixtenşteyn

Lüksemburq

Malta

Hollandiya

Norveç

Polşa

Portuqaliya

Slovakiya

Sloveniya

Finlandiya

Fransa

Çexiya

İsveçrə

İsveç

Estoniya

ANN.Az

Xəbər lenti