Sən şəhid xanımısan! – Sosial çarx (VİDEO)

Sən şəhid xanımısan! – Sosial çarx (VİDEO)
Psixoloji travma yaradan hadisələrdən birincisi müharibədir. Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi zamanı sadəcə hərbi qulluqçularımızı itirmədik, həm də şəhid qəhrəmanlarımızın ailələrinin böyük mənəvi yükü və borcu ilə üzbəüz qaldıq. Müharibədə həyat yoldaşını itirən qadınlar üçün sonrakı mərhələdə də müharibə, onun təsiri davam edir. 

Şəhid xanımı olmaq nə qədər uca bir məqam olsa da, həyatın bu ağır və çətin sınağı qarşısında mətanətli dayanmaq onlar üçün bir o qədər də asan olmur. Qürur fonunda şəhid xanımlarının həyatına və qəlbinə çökən bədbinlik onların övladlarının da düşüncələrinə, fiziki və psixoloji sağlamlılığına təsirsiz ötüşmür.
Qadın ana olmaqla bərabər, cəmiyyətin əsas dayaqlarından biridir. Övladlarını milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Haqqında böyük fəxrlə danışdığımız "44 günlük Vətən müharibəsi”nin şəhadətə yüksəlmiş qəhrəman oğullarının həyat yoldaşlarının ana kimi bu məsuliyyətindən öhdəsindən gəlməsi, eləcə də psixoloji sağlamlığı, dövlətin ictimai həyatında rolununun yüksəldilməsi, sosial-iqtisadi hüquqlarının təmin edilməsi vətəndaş cəmiyyəti institutlarının həyata keçirdiyi müxtəlif layihə və tədbirlər çərçivəsində mümkündür. 

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsi bu məqsəd və mərama xidmət etmiş oldu. Layihə çərçivəsində 3 aylıq psixoloji təlim və kompüter kursları təşkil edilməklə yanaşı, 44 günlük Vətən müharibəsində şəhid qəhrəmanlarının xanımları və övladlarının iştirakı ilə "Sən şəhid xanımısan” adlı sosial çarx çəkilib. 

Layihə rəhbəri Sevinc Fədainin sözlərinə görə, sosial çarxın hazırlanmasında əsəs məqsəd "şəhid xanımı” adı və statusunun müqəddəs və toxunulmaz olduğunu göstərmək, cəmiyyətin şəhid xanımına yanaşmasında həssas məqamlara diqqət çəkmək və mövzu ilə bağlı fərqindəlik yaradaraq, onları incidən məqamları ortadan qaldırmaqdır. 

Həyatın bu ağır və çətin sınağı qarşısında şəhid xanımlarının tək olmadığını və onları cəmiyyətə mübariz və örnək qəhrəman qadınlar kimi göstərməyi qarşısına hədəf qoyan Birliyin hazırladığı sosial çarxı təqdim edirik:
 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti