Şəmkirdə çökmə olub, xəsarət alanlar var (YENİLƏNİB)

Şəmkirdə çökmə olub, xəsarət alanlar var (YENİLƏNİB)
Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Sərxan kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini həyətyanı sahəsində quyuda iş görən zaman torpaq çökməsi baş verib.

Nəticədə quyuda işləyən iki nəfər xəsarət alıb. Hadisə yerinə təcilli tibbi yardım briqadası cəlb olunub. Onlardan birinin xəsarəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxsin xəsarəti yüngül olub, ona yerində yardım edilib.
 
18.39

Şəmkir rayonunda torpaq sürüşməsi baş verib.

"Report”un məlumatına görə, bir neçə nəfər torpaq altında qalıb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti