Səmədov "Kayrat"a keçir

Səmədov
Moskva "Spartak"ından ayrılan Aleksandr Səmədov karyerasını Qazaxıstanda davam etdirə bilər.

Ann.az xəbər verir ki, bu barədə kazfootball.kz saytı məlumat yayıb. İddiaya görə, "Kayrat" azərbaycanlı yarımmüdafiəçinin xidmətində maraqlıdı.

Qazaxıstan təmsilçisi ona komandanı tərk edən braziliyalı hücumameylli yarımmüdafiəçi İzaelin əsas əvəzləyicisi kimi görür. Səmədovun yaxın günlərdə "Kayrat"la müqavilə bağlayacağı bildirilir.

www.ann.az

Xəbər lenti