Şəki UNESKO-nun Dünya İrs Siyahısına salındı

Şəki UNESKO-nun Dünya İrs Siyahısına salındı
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.

Ann.az xəbər verir ki, bugünkü müzakirədə Azərbaycanın Şəki ilə bağlı irəli sürdüyü nominasiyaya baxılıb.

Şəkinin Dünya İrs Siyahısına salınması ilə bağlı keçirilən müzakirələrdə Şəki xan sarayı və tarixi məkanlarının vəziyyəti qiymətləndirilib.

Müzakirələrin sonunda irəli sürülən nominasiya qəbul edilib.

Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bu gün keçirilən iclasında Dünya İrs Siyahısına təqdim edilən 10 nominasiyaya baxılmalıdır.

www.ann.az

Xəbər lenti