Səhiyyə Nazirliyi: Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar

Səhiyyə Nazirliyi: Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar
"Vaksin iki dozada vurulur. Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar”.

Ann.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova "COVID-19 Sertifikatı" mövzusunda çıxışında deyib.

O bildirib ki, müəyyən səbəblər olubsa və həmin şəxs 28 gün sonra peyvənd vurdura bilməyibsə, o zaman peyvəndi vurdurmaq mümkündür: "Əgər ikinci dozanı vurdurmaq 56 günü keçibsə, o zaman həmin şəxs 6 aydan sonra yenidən 1 və 2-ci doza vaksin almalıdır”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti