Şəhidin cənnətdəki ilk doğum günü... (FOTOLAR)

Şəhidin cənnətdəki ilk doğum günü... (FOTOLAR)
Suqovuşan uğrunda gedən döyüşlər zamanı şəhid olan Teymur Osmanlının cənnətdəki ilk doğum günü qeyd olunur.

Bu haqda onun yaxınları Modern.az-a məlumat veriblər.

Teymur Osmanlı Vətən müharibəsində könüllü olaraq iştirak edib. Bu gün Teymurun adını daşıyacaq bulaq kompleksinində açılışı keçiriləcək. 

İsmayıllı rayon icra hakimiyyətini başçısı Nahid Bağırov da açılışda iştirak edib.

Qeyd edək ki, yeni inşa edilən bulaqda kəndin  digər şəhidi 1993-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş komandir Çingiz Bağırovun şəkli də həkk olunub.

Arayış: Teymur Osmanlı 1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Teymur Osmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Osmanlı oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Teymur Osmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.









www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti