Şəhid Eldəniz Verdiyev dəfn olundu (YENİLƏNİB/FOTO)

Şəhid Eldəniz Verdiyev dəfn olundu (YENİLƏNİB/FOTO)
Vətən müharibəsinin şəhidi Eldəniz Verdiyev anadan olduğu Göygöl rayonunda dəfn olunub.

APA-nın xəbərinə görə, şəhidin nəşi Göygöl Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edib.
 
10.24

Vətən müharibəsinin şəhidi Eldəniz Verdiyevlə anadan olduğu Göygöl rayonunda vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, şəhidin nəşi Göygölün Murovdağ qəsəbəsinə, yaşadığı evə gətirilib.Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edir.

Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Göygöl rayonu, Murovdağ qəsəbə sakini, 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun nəşinin iyunun 2-də Murovdağ istiqamətində tapıldığı açıqlanıb.

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) olan Eldəniz Verdiyev Vətən müharibəsinin ilk günlərində itkin düşüb.
 



















 

Tərəfdaşların xəbərləri

Xəbər lenti