Səfirlik: Yaponiyada baş verən tufan nəticəsində azərbaycanlılar xəsarət almayıb

Səfirlik: Yaponiyada baş verən tufan nəticəsində azərbaycanlılar xəsarət almayıb
Yaponiyada baş verən "Hagibis” tufanı nəticəsində xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.

Bu barədə Ann.az-a Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib.

Oktyabrın 17-dək tufan nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, 10 nəfərin itkin düşdüyü, 340 nəfərin isə xəsarət aldığı bildirilir. Ən çox itkilər Hönşü adasının şimal-şərqində yerləşən Fukuşima və Miyaqi prefekturalarında, həmçinin Tokionun cənub-qərbində yerləşən Kanaqava prefekturasında qeydə alınıb.

Tufanın keçdiyi ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir. Hökumət əraziyə ərzaq məhsullarının, içməli suyun və digər ilkin tələbat mallarının çatdırılmasını ciddi nəzarətdə saxlayır.

Xatırladaq ki, oktyabrın 12-də Yaponiyanın əsas adasına çatan "Hagibis” tufanı böyük ərazidə daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

www.ann.az

Xəbər lenti