Səfir: “İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”

Səfir: “İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”
"İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Biz münaqişənin nə olduğunu və nəticələrini yaxşı bilirik. İsrail ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi sülh və dialoq yolu ilə həll olunmalıdır. Tərəflər arasında əldə olunacaq razılaşmaya İsrail tərəfi də hörmət edəcək”, - deyə C. Dik vurğulayıb.

www.ann.az

Xəbər lenti