Şəfiqə Məmmədova “Əmək” ordeni ilə təltif edildi

Şəfiqə Məmmədova “Əmək” ordeni ilə təltif edildi
Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şəfiqə Haşım qızı Məmmədova 1 ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

Ann.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da bununla bağlı sərəncam imzalayıb. 

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədovanın sabah 75 yaşı tamam olur. Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olmuş (1995-2000) Şəfiqə Məmmədova 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti