S.C.Pişəvari adına Gimnaziya Azərbaycan 1-cisi oldu (VİDEO)

S.C.Pişəvari adına Gimnaziya Azərbaycan 1-cisi oldu (VİDEO)
6 aprel 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mars Academy və ADA Universitetinin təşkilatçılığı ilə  FIRST LEGO LEAGUE (FLL) – STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı 10-16 yaşlı məktəblilər arasında robot texnologiyaları beynəlxalq olimpiadası keçirilib.

Ann.az xəbər verir ki, turnirin bu ilki mövzusu kosmosa həsr olunub və "Into Orbit” adlanıb. Yarışa ölkə üzrə 30 məktəbdən ən güclü komandalar qatılıb.

Şagirdlər "Əsas dəyərlər”, "Robot dizaynı”, "Layihə təqdimatı” və "Robot oyunu” adlı 4 kateqoriya üzrə yarışıb. Həmin kateqoriyalar üzrə qiymətləndirmə isə Türkiyə Respublikasından dəvət olunmuş beynəlxalq ekspertlər və ADA Universitetinin müəllimləri tərəfindən aparılıb.

Yarışda iştirak edən komandalar hamısı güclü, biri-birinə rəqib və dost olublar. Bu komandalardan biri də S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının "Mübarizlər" komandası olub. 

Layihə rəhbəri Sona Həmzəyeva, layihə rəhbərinin köməkçisi Kərim Kərimov və komanda üzvləri: Fərid Seyidov, Səid Nağıyev, Sənan Fərzəlizadə, Nizami Məmmədov, Rauf İmaməliyev, Cavanşir Qurbanov olub.

"Mübarizlər" komandası dörd kateqoriya üzrə yarışa tam hazır olduqları üçün yüksək nəticə göstərərək turnirin qalibi adını qazanıb. Turnirin digər qalibi isə Bakı Modern məktəbinin komandası olub.

Kuboku komandaya Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov təqdim edib.

Hər 2  komanda üzvləri "Yaşıl Mars" layihəsini həyata keçirəcək  ən yaxşı robotları proqramlaşdıraraq ölkəmizi 22-25 may tarixlərində Türkiyə  Açıq Beynəlxalq Çempionatında  təmsil edəcəklər.


www.ann.az

Xəbər lenti