“Scanex Enterprises Limited” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə etdi

“Scanex Enterprises Limited” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə etdi
"Scanex Enterprises Limited” şirkətinin Azərbaycan filialı ölkəmizdə koronavirusa (COVID-19) qarşı mübarizəyə dəstək kampaniyasına qoşulub.

Ann.Az-ın məlumatına görə, şirkət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat vəsait ianə edib.

Xatırladaq ki, "Scanex Enterprises Limited” Azərbaycanın ən dinamik inkişaf edən logistika və nəqliyyat şirkətlərindən biridir. 

www.ann.az

Xəbər lenti