Sarkisyan: “Münaqişənin həlli bizdən asılı deyil”

Sarkisyan: “Münaqişənin həlli bizdən asılı deyil”

"Azərbaycan prezidenti ilə görüşü çox güman ki, Qarabağ münaqişəsi üzrə yeni danışıqlar mərhələsi üçün yeni başlanğıc saymaq olar". Erməni KİV-nin yaydığı məlumata görə, bunu Serj Sarkisyan, Ermənistanın Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə keçirilən müşavirədə bildirib.

Vyanada keçirilən görüşdə irəliləyişlərin olub-olmaması ilə bağlı suala cavabında Ermənistan prezidenti, irəliləyişlər haqqında danışmağa çətinlik çəkdiyini deyib: "Bu görüşü normal qiymətləndirirəm, Çünki, bu görüş çox güman ki, yeni danışıqlar mərhələsi üçün yeni başlanğıc ola bilər. Demək olar ki, biz 2 il idi ki, görüşmürdük, bu da o deməkdir ki, danışıqlar yüksək səviyyədə dayandırılmışdı".

S.Sarkisyan, Azərbaycan prezidenti İlham Əliyevin problemi həll etmək arzusunda olduğunu gördüyünü deyib: “Amma bu, münaqişənin həlli üçün kifayət deyil. Bu arzu məndə də var. Arzu edirəm ki, problem mümkün dərəcədə qısa müddətdə həll edilsin. Amma münaqişənin hansısa şərtlər altında və hansısa şəraitdə həlli bizdən asılı deyil”.

Modern.az

Xəbər lenti