Şamaxıda yenidən vulkan püskürüb (FOTO/YENİLƏNİB)

Şamaxıda yenidən vulkan püskürüb (FOTO/YENİLƏNİB)
Şamaxı rayonunun Dağ Göylər kəndində gecə saatlarında vulkan püskürüb.

Kənd sakinlərinin "Report"a verdiyi məlumata görə, bu ərazidə soncucu dəfə vulkan püskürməsi 1986-cı ildə baş verib.

Yerin altından çıxan torpaq qatı, təqribən, iki hektar əraziyə yayılıb. Hazırda vulkan sakitləşib. Vulkan ərazisinə yaxın olan əkin sahələrinə heç bir ziyan dəyməyib.

Püskürmə sahələrinə yaxın olan heyvanların otlaq sahəsi isə yararsız hala düşüb.

10.30

Şamaxıda yenidən vulkan püskürüb.

Ann.az "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Dağ Göylər kəndində qeydə alınıb.

Nəticədə vulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq ətrafa yayılıb. 

Hazırda vulkanda qaynama və palçıq axını prosesi davam edir.

Qeyd edək ki, bu ilin fevralında rayonun Quşçu və Kiçik Xınıslı kəndlərində də vulkan püskürməsi baş verib. 
 








Xəbər lenti