Şamaxı rayonunun Kələxana kəndinin yolu yenidən qurulur (FOTOLAR)

Şamaxı rayonunun Kələxana kəndinin yolu yenidən qurulur (FOTOLAR)
Yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində Şamaxı rayonunun Kələxana kəndinə gedən avtomobil yolunun yenidən qurulmasıişləri aparılır.

Başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119-cu km-dən götürən yerli əhəmiyyətli Kələxana yolunun uzunluğu 8 km-dir və 4-cü texniki dərəcəlidir.

Sözügedən avtomobil yolunun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı, torpaq və çınqıl örtüklü olması isəyük və sərnişin daşımasına maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun yenidən qurulması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilməklə işlərə başlanılıb.

Layihə çərçivəsində yolun normativ eninin alınması üçün torpaq yatağının bərpası üçün yararsız qruntun və deformasiyaya uğramış hissələrin qazılıb çıxarılması, çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılır. Yolun asfalt hissəsinin eni 6 metr olmaqla ümümi eni 10 metrdir.Yeni yol yatağının tikintisi bitən ərazilərdə optimal qum-çınqıl qarışığından istifadə edilərək yeni yol əsasının inşası işləri aparılır. Yol birləşmələri ilə kəsişmələrdə 9 yeni suötürücü boru qoyulub. Layihənin sonuncu mərhələsi üzrə hərəkətin normal təşkili üçün yol boyu zəruri yerlərdə km göstəricisi, yol nişanı və siqnal dirəyi quraşdırılacaq, xətlənmə işləri aparılacaq.

Yolun yenidən qurulması 3369 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin Şamaxı şəhəri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdıracaq, yük və sərnişin daşımasını asanlaşdıracaq. Həmçinin əhalinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunacaq.

Avtomobil yolunun bu ilin dekabr ayınadək istifadəyə verilməsi planlaşdırılır.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti