Salome Zurabişvili ilk səfər edəcəyi ölkələri açıqlayıb

Salome Zurabişvili ilk səfər edəcəyi ölkələri açıqlayıb
Salome Zurabişvili Gürcüstan Prezidenti vəzifəsində ilk səfərini Avropa ölkələrinə etməyi planlaşdırır.

"Report”un verdiyi xəbərə görə, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

S.Zurabişvili Brüssel, Berlin və Parisə səfər edəcəyini qeyd edib: "İlk səfərimin Avropa ölkələri və ötən gecə prezident seçilməyim münasibətilə məni ilk təbrik edən qadın prezidentin olduğu Baltikyanı ölkəyə (Litva - red.) olacağına heç kəs təəccüblənməz”. 

www.ann.az

Xəbər lenti