Şahzadə Diananın oğlu da avtomobil qəzasına düşdü - FOTOLAR

Şahzadə Diananın oğlu da avtomobil qəzasına düşdü - FOTOLAR
29 yaşlı Harri baş verənlərdən şoka düşüb Londonun mərkəzində şahzadə Harrinin korteji qəzaya düşüb. 29 yaşlı Harri baş verənlərdən şoka düşüb. ANS PRESS-in məlumatına görə, yol-nəqliyyat hadisəsi dünən şəhər heyvanat parkı yaxınlıqda baş verib. Kraliça II Yelizavetanın nəvəsi polislərin müşayiəti ilə Invictus Games yarışlarına gedirmiş. Bu zaman polis motosikletçilərindən biri taksiylə toqquşub. Hadisə nəticəsində taksi sürücüsü və kortejin motosikletçisi zərər görüb. Toqquşmadan sonra motosikletçi təxminən doqquz metr kənara uçub. Avtomobilin sürücüsü isə öz maşının salonunda sıxılmış vəziyətdə qalıb. Onu çıxarmaq üçün xilasedicilər avtomobilin damını kəsib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.  Hadisə nəticəsində şahzadə şoka düşüb.

 

ANN.Az

Xəbər lenti