Sahil bağında Gül bayramı - VİDEO

Sahil bağında Gül bayramı - VİDEO
Tədbirə gələnlərin əksəriyyəti “gül” libası geyinib

May ayının əvvəlindən etibarən Gül bayramı tədbirinə start verilib.ANS TV-nin məlumatına görə, respublikanın bölgələrində, həmçinin Bakının rayonlarında hər bir rayon öz gül bayramını təşkil edərək maraqlı gül kompozisiyalarını nümayiş etdirirlər. Bu dəfə isə Səbail rayonu öz bayram tədbirini keçirib.Sahil bağında təşkil olunan Gül bayramı özünəməxsusluğu ilə seçilir. Havanın günəşli olması bayrama xüsusi əhval-ruhiyyə qatır. Bir sözlə, Sahil bağında bu gün sanki həyat qaynayır. Tədbirə gələnlərin əksəriyyəti elə “gül” libası geyinib. Tədbirə rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq görülüb. Burada “gül” kompozisiyaları, rəsm əsərləri, əl işlərindən ibarət suvenirlər nümayiş olunur. Məsələn, 35 saylı Texniki Yaradıcıllıq Mərkəzinin nümayəndələri əsasən parça üzərində gül təsvirləri yaratmağa çalışıb.Sahil bağında daha çox diqqəti cəlb edən isə plastik qablardan düzəlmiş güllərdir. Bunu 6 saylı məktəbin 7-ci sinif şagirdləri hazırlayıb. İdeya da özlərinə məxsusdur.Bağda yaradılan bu gözəlliyin sorağına Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov da gəlib. O, burada sərgilənən kompozisiyalarla tanış olub, gözəl musiqini dinləyib. Asif Əsgərov sonra sakinlərin bu gözəlliyi hələ iki gün də izləmək şanslarının olduğunu bildirib.Asif Əsgərovun dediyinə görə, tədbirdə 350 mindən çox güldən istifadə olunub.

ANN.Az

Xəbər lenti