Şagirdlərin elektron yerdəyişməsinə start verilib

Şagirdlərin elektron yerdəyişməsinə start verilib
Avqustun 15-də saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilib.

Təhsil Nazirliyindən Ann.az-a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha münasib şəkildə təşkilinə yardım edəcək.

Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.

Şagirdlərin yerdəyişməsinin elektronlaşdırılması ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq məqsədi daşıyır.

www.ann.az

Xəbər lenti