Şadlıq saraylarında yemək yeyənlərin NƏZƏRİNƏ!

Şadlıq saraylarında yemək yeyənlərin NƏZƏRİNƏ!
 Ötən ay gigiyenik normalara cavab verməyən 55 müəssisənin sahibkarı cərimələnib. Bu barədə ANN.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Belə ki, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən noyabr ayında  yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 55 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 24 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 954, mikrobioloji göstəricilərinə görə 855, toksikoloji göstəricilərinə görə 245, radioloji göstəricilərinə görə 21 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 7-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.Şadlıq evlərindən 2393 yaxma nümunəsi, 39 soyuq qəlyanaltı nümunəsi götürülüb, 41 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti