"Şabran millət vəkilini öz içindən seçəcək" - Seçicilərin yekdil fikri

Deputatlığa namizəd, tanınmış telejurnalist İlkin Fikrət oğlu Xəlilovun seçicilərlə görüşləri davam edir. 

Ann.az xəbər verir ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi qeydə alınmış jurnalistin son görüşləri hər iki rayonu əhatə edib. 
Siyəzən Mədəniyyət Mərkəzində keçirilən görüşdə İlkin Xəlilov öncə 2 fevral Gənclər Günü münasibətilə rayon gənclərini təbrik edib. Dövlətin gənclər siyasəti haqda danışan namizəd savadlı, bacarıqlı, vətənpərvər gənclərə hər zaman ehtiyac duyulduğunu vurğulayıb. 

Siyəzənin mövcud problemlərindən danışan seçicilər isə millət vəkili seçiləcəyi halda İlkin Xəlilovdan bu məsələlərin həllində fəal olmağı xahiş edib. 
Seçki platformasında Siyəzən rayonu ilə bağlı məsələlərdən danışan İlkin Xəlilov burada turizm və balıqçılığın inkişafı üçün hazırladığı təkliflərdən söz açıb və bu təkliflər siyəzənlilər tərəfindən rəğbətlə qarşılanıb.

Günün ikinci yarısında isə İlkin Xəlilov Şabran şəhərinin "3 sotlar" yaşayış massivi və rayonun ən böyük kəndi olan Ağalığın sakinləri ilə görüşüb. Səmimi mühitdə keçən görüşdə namizəd rayonun problemlərindən, öz seçki platformasından danışıb, seçicilərin suallarını cavablandırıb. 

"Şabran öz millət vəkilini öz içindən seçəcək" deyən Ağalıq camaatı 9 fevralda İlkin Xəlilova səs verəcəklərini bildirib.
 













www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti