Sabiq prezidentin məhbus şəkli ortaya çıxdı - FOTO

Sabiq prezidentin məhbus şəkli ortaya çıxdı - FOTO

Misirin keçmiş prezidenti Məhəmməd Mürsinin həbsxanada çəkildiyi güman edilən fotoları yayılıb.

ANN.Az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu fotolar ilk dəfə "El Masri El Youm" qəzetində dərc olunub və şəkil belə təsvir olunub: "Mürsi Misir həbsxanalarında saxlanılanların geyindiyi ağ göynək geyinib, öndən və yandan çəkilmiş fotolarında o, gülümsəmiş vəziyyətdə düşüb"

Xəbərdə o da vurğulanb ki, fotolar "standart prosedur" olaraq çəkilib və Mürsinin cinayət işinə əlavə edilib. 

Mursi və “Müsəlman qardaşlar”ın təmsilçiləri 2012-ci ilin dekabrında müxalifətin Qahirədə, prezident sarayı qarşısında keçirdiyi aksiyalar zamanı qarşıdurmaların  təşviqində, qırğına bais olmaqda günahlandırılır.   

Misir ordusu Mursini bu ilin iyulun 3-də devirərək həbs edib.

Bir neçə həftə əvvəl Qahirə Polis Akademiyasında keçirilən ilk məhkəmə prosesindən sonra sabir prezident İskəndəriyyədə yerləşən "Burj el Arab" həbsxanasına göndərilib.

ANN.Az

Xəbər lenti