Sabiq prezident özünü güllələdi

Sabiq prezident özünü güllələdi
Perunun sabiq prezidenti Alan Qarsiya özünü güllələyib.

Ann.az The Mirror-a istinadən xəbər verir ki, polis rüşvətxorluqda ittiham edilən sabiq prezidenti həbs etmək üçün evə daxil olub və Qarsiya başına atəş açıb. 

69 yaşlı Alan Qarsiyanın vəziyyətinin ağır olduğu bildilir.
 
Qeyd edək ki, A.Qarsiya iki dəfə Peru prezidenti olub. O, 1985-1990 və 2006-2011-ci illərdə dövlət başçısı postunu tutub. 

www.ann.az

Xəbər lenti