Sabiq nazirin dayısı işdən çıxarıldı

Sabiq nazirin dayısı işdən çıxarıldı
Ağsu rayon Pambıq Məntəqəsinin müdiri Mirfazil Seyidəliyev vəzifəsindən azad edilib.

Ann.az axar.az-a istinadən xəbər verir ki, M.Seyidəliyev işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, M.Seyidəliyev Ağsu Rayon İcra Haimiyyətinin sabiq başçısı Ənvər Seyidəliyevin qardaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin keçmiş rəhbəri Səlim Müslümovun dayısıdır.

M.Seyidəliyev uzun müddət Ağsu Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

www.ann.az

Xəbər lenti