Ruslan Abışov rəsmən "Qəbələ"də

Ruslan Abışov rəsmən "Qəbələ"də

"Qəbələ" növbəti transferini rəsmiləşdirib. Fanat.az-ın əldə etdiyi məlumata görə, bölgə klubu Ruslan Abışovu heyətinə qatıb.

"Rubin"dən ayrılan Abışov hazırda Qəbələdədi. Onunla artıqo rəsmi müqavilə imzalanıb. Bununla da "Qəbələ" yayda icarəyə götürə bilmədiyi futbolçunu nəhayət ki, heyətinə qatıb.

Qeyd edək ki, Ruslan Abışov 2006-2012-ci illərdə "Neftçi"də (153 oyun, 18 qol), 2012-2013-cü illərdə "Xəzər Lənkəran"da (17 oyun, 2 qol çıxış edib). "Rubin"ə böyük ümidlərlə transfer olunan futbolçumuz Kazan klubunun heyətində möhkəmlənə bilməyib. Ötən mövsüm Rusiya Premyer Liqasında bir oyuna çıxan futbolçu cari mövsümdə çempionat oyunlarında oynamayıb və yalnız Avropa Liqası matçlarında forma geyinib. 26 yaşlı mərkəzi müdafiəçisi Azərbaycan millisində 34 oyun keçirən Abışov 4 qol vurub. 

Fanat.az

Xəbər lenti