Rusiyadakı miqrantlara şad xəbər

Rusiyadakı miqrantlara şad xəbər

Rusiya Federasiyasının Məsləhətlər Şurası miqrantlar üçün nəzərdə tutulan “Rusiya tarixi və rus dilindən məcburi imtahan verilməsi haqqında” Dövlət Duması tərəfindən qəbul edilən qanunu təsdiq etməyib. 

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu indormasiyanı Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib. Onun sözlərinə görə, qanunda bir çox müddəalar hüquqi cəhətdən doğru ifadə edilməyib. İlk növbədə qanunda qeyd edildiyi kimi sertifikatların verilməsi əvvəlcə "Rusiya Federasiyasının təhsil haqqında" qanununda təsbit olunmalıdır. 

Qeyd edək ki, bu qanun layihəsi 2015-ci il yanvarın 1-dən müvəqqəti yaşayış, ölkədə qalma, işə görə icazə almaq üçün müraciət edən miqranlar üçün nəzərdə tutulub.

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti