Rusiyada hərbi hissədə insident: 8 ölü, 2 yaralı (YENİLƏNİB)

Rusiyada hərbi hissədə insident: 8 ölü, 2 yaralı (YENİLƏNİB)
Rusiyanın Zabaykalye diyarında hərbi hissədə baş verən silahlı insidentin bəzi təfərrüatları bəlli olub.

Ann.az TASS-a istinadən xəbər verir ki, bir əsgərin xidmət yoldaşlarına atəş açması nəticəsində 8 nəfər həlak olub, iki nəfər yaralanıb. Ölənlər arasında çağırışçı əsgərlər var.

Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq 8 nəfərin ölümü ilə nəticələnən insidenti təsdiqləyib. Müdafiə nazirinin müavini, general-polkovnik Andrey Karpatoluvun rəhbərlik etdiyi komissiya hadisə yerinə yollanıb.

16.16

Rusiyada hərbi hissələrdən birində atışma olub.

Ann.az TASS-a istinadən xəbər verir ki, hadisə Zabaykalye diyarında qeydə alınıb.

Atışma zamanı ən azı 7 nəfərin həlak olub. Hadisənin səbəbləri açıqlanmır.
 

Xəbər lenti