Rusiyada ermənilərlə ruslar arasında kütləvi dava: 5 yaralı

Rusiyada ermənilərlə ruslar arasında kütləvi dava: 5 yaralı

Rusiyanın Bryansk vilayətinin Dyatkovo şəhərində kütləvi dava olub. Ötən gecə münaqişə məişət zəminində yaranıb. Davada 30-a yaxın adam iştirak edib. Toqquşma nəticəsində 5 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilənlərdən biri travmatik silahdan açılan atəşlə, ikisi bıçaqla yaranıb, daha iki nəfərdə isə müxtəlif xəsarətlər var.

Yerli polisin məlumatına görə, dava edən tərəflərdən biri Ermənistan vətəndaşları olub. “Davanın iştirakçılarının şəxsiyyəti müəyyən edilib, onların saxlanılmaları istiqamətində tədbirlər görülür. Hadisə yerindən iki bıçaq götürülüb”, - Bryansk vilayəti Daxili İşlər İdarəsinin yaydığı məlumatda deyilir.

ANS PRESS

Tərəfdaşların xəbərləri

Xəbər lenti