Rusiyada azərbaycanlıların daha bir bazası bağlandı

Rusiyada azərbaycanlıların daha bir bazası bağlandı
Azərbaycanlılara məxsus məşhur “Askaniya” topdansatış bazası birdəfəlik bağlana bilər.APA TV-nin Vesti.az saytına istinadən yaydığı məlumata görə, məhkəmə çoxsaylı sanitar qaydaları pozuntuları aşkarlanan bazanın fəaliyyətinin 5 həftə müddətinə dayandırılması barədə qərar qəbul edib. Ötən həftə şəhər sakinlərinin şikayəti əsasında bazada yoxlama keçirilib və sanitar-epidemiya normalarının kobud şəkildə pozulması faktları aşkarlanıb. Bundan başqa bazaya Qazaxıstandan sənədsiz meyvə-tərəvəz gətirən yük maşınları saxlanıb və yük müsadirə olunub.  Bazanın bütün giriş qapılarını möhürləyən məhkəmə pristavları bildiriblər ki, əgər “Askaniya” fəaliyyətini özbaşına olaraq bərpa etsə, o zaman bazanın sahiblərinə qarşı cinayət işi başlanacaq. Bazadakı vəziyyətlə yaxından tanış olan şəxslər “Surqitskaya tribuna” qəzetinə açıqlamada bildiriblər ki, məhkəmə qərarına rəğmən “Askaniya” fəaliyyətini davam etdirəcək, çünki bazanın sahibi olan azərbaycanlıların müəyyən dairələrlə yaxşı əlaqələri var. Onlar bazaya iki azərbaycanlının rəhbərlik etdiyini, onların isə ciddi bir kriminal struktur tərəfindən himayə olunduğunu deyiblər. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti