Rusiya və İran XİN başçıları 10 noyabr bəyanatının icrasından məmnundurlar

Rusiya və İran XİN başçıları 10 noyabr bəyanatının icrasından məmnundurlar
"İranlı həmkarımla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik”.

Ann.az-ın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrasından məmnun olduqlarını bəyan ediblər.

"Bundan sonra əlaqələrimiz daha səmərəli inkişaf edəcək. Regional kommunikasiyaların bərpası, infrastruktur layihələrinin miqyasının genişləndirilməsi regiona yeni fürsətlər qazandıracaq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti