Rusiya Ukraynada nə qədər itki verib? - Canlı qüvvə, texnika...

Rusiya Ukraynada nə qədər itki verib? - Canlı qüvvə, texnika...
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Ann.az-ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 20 300-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 773 ədəd tankı, 2002 ədəd zirehli döyüş maşını, 376 ədəd artilleriya sistemi, 127 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 66 hava hücumundan müdafiə sistemi, 165 ədəd hərbi təyyarəsi, 146 ədəd helikopteri, 1 471 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 148 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti