Rusiya Suriya neftini ələ keçirir

Rusiya Suriya neftini ələ keçirir

“Soyuznefteqaz” şirkəti Suriyada neft kəşfiyyatını həyata keçirmək üçün bu ölkənin Neft və Mineral ehtiyatları nazirliyi ilə müqavilə imzalayıb

Region  2000-ci ilin iyulunda Rusiya, Belarus və bir çox qərbi sərmayədarların birgə yaratdığı “Soyuznefteqaz” şirkəti Suriyada neft kəşfiyyatını həyata keçirmək üçün bu ölkənin Neft və Mineral ehtiyatları nazirliyi ilə müqavilə imzalayıb. 

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Suriyanın Neft və Mineral ehtiyatları naziri Manal Zeyti yayıb. Onun sözlərinə görə, “Soyuznefteqaz”ın Suriya layihələrində səriştəsi olduğundan onun müsbət nəticə əldə edəcəyinə inanırıq.

Xatırladaq ki, “Soyuznefteqaz” şirkəti Rusiya, Yaxın Şərq, Orta Asiya, Cənubi Amerika, Şimali və Qərbi Afrika, Avstraliya və kainatın digər regionlarında neft kəşfiyyatı ilə məşğul olur.

ANS PRESS

Tərəfdaşların xəbərləri

Xəbər lenti