Rusiya NATO-nun Ukrayna bəyanatına qəzəbləndi

Rusiya NATO-nun Ukrayna bəyanatına qəzəbləndi

Sergey Lavrov: "Ukraynalı siyasətçilərin bu məsələni dinc yolla həll edəcəyinə ümid edirəm, kiminsə kənardan müdaxilə etməsini də istəmirik"

Rusiya NATO-nun Ukraynada etirazçılara güc tətbiqini pisləməsinə sərt münasibət bildirib. Brüsseldə NATO xarici işlər nazirlərinin sammitində iştirak edən Rusiyanın xarici işlər naziri Serqey Lavrov bəyan edib ki, ölkəsi NATO-nun Ukrayna ilə bağlı reaksiyasına bir məna verə bilmir. Lavrov Ukraynada etirazçıların aqressivliyini tənqid etsə də, NATO-nun reaksiyasını bir müdaxilə hesab etdiklərini vurğulayıb.

«NATO-nun bu cür bəyanatlar verməsini başa düşə bilmirəm. Ukraynalı siyasətçilərin bu məsələni dinc yolla həll edəcəyinə ümid edirəm. Kiminsə kənardan müdaxilə etməsini də istəmirik. Hamını müdaxilə etməməyə çağırırıq.» - deyə, Serqey Lavrov bildirib.

Xatırladaq ki, NATO-nun Baş katibi Anders Foq Rasmussen dünən Ukraynada aksiyalarda etirazçılara qarşı güc tətbiq edilməsini pisləmişdi.

ANSPRESS

Tərəfdaşların xəbərləri

Xəbər lenti