Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəldi (FOTO/VİDEO)

Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəldi (FOTO/VİDEO)
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün "IL-76” təyyarəsi ilə Gəncə aeroportuna enib.

"Report” xəbər verir ki, 20 nəfərdən ibarət olan qrupa pirotexniklər və xilasedicilər daxildir.

Eyni zamanda təyyarənin göyərtəsində 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da var.

Humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda işləyəcəklər.










www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti